Beyləqan rayonunda “Kitab mənim dostumdur” müsabiqəsinin rayon turu keçirilib. Məktəb turunun qalibi olan şagirdlər müsabiqənin rayon turunda iştirak ediblər. Münsiflər heyətinin şagirdlərə təqdim olunmuş tapşırıqları yoxlamasından sonra müsabiqənin qalibləri elan olunacaq. Qalib şagirdlər müsabiqənin region turunda iştirak edəcəklər.
Xatırladaq ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan V-IX sinif şagirdləri arasında 10 yanvar – 05 may 2025-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kitab mənim dostumdur” adlı müsabiqəyə start verilib.
Musabiqə məktəb, rayon və region turu olmaqla 3 turdan ibarətdir.
Müsabiqənin keçirilməsində məqsəd ümumtəhsil məktəblərin V - IX siniflərində təhsil alan şagirdləri kitab oxumağa sövq etmək, onların mütaliə vərdişlərini, dünyagörüşlərini və yaradıcı təxəyyülünü inkişaf etdirməkdir.