03.05.2025

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının I mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsi keçirilib.

 

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə keçiriliən olimpiadanın I mərhələsində 212 nəfər şagird iştirak edib.

 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında biliklərin artırılması, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.

 

Üç mərhələdən ibarət olan olimpiadanın yarımfinal turu may ayında, zonalar üzrə final mərhələsi isə iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

 

Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir.


Açar sözlər: ,  ,