06.05.2025

İdarə müdiri “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatının qalibləri ilə görüşüb

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatında ikinci yeri tutaraq çempionatın gümüş mükafatçısı olmuş “Mil Beyləqan” komandasının üzvləri ilə görüşüb.

İdarə müdiri müəllimlərin motivasiyasının yüksəldilməsinə xidmət edən bu kimi bilik yarışlarının davamlı olacağını bildirilib, komanda üzvlərinə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” oyununun respublika çempionatı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində məktəb, lisey, kollec müəllimlərindən və inzibati işçilərdən ibarət 33 komanda arasında keçirilmişdir.


Açar sözlər: ,