İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə danışıblar. Ümummilli Lider Heydər Əliyev rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu və ölkənin demokratik inkişaf yolunda əsas dayaqlardan biri olduğunu diqqətə çatdırıblar. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıblar.
Sonda şagirdlərin ifalarında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və milli rəqs kompozisiyaları nümayiş etdirilib.