Beyləqan rayon təhsil sektorunun təşkilatçılığı ilə müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Tədbirdə Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyatı və ölkəmizin müstəqilliyi, sosial-iqtisadi inkişafı üçün gördüyü işlərdən danışıb. Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını bildirib.
Beyləqan Olimpiya Kompleksində keçirilən yarışda müəllimlərdən ibarət 21 komanda iştirak edib. Hər komandada 6 nəfərin yer aldığı bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib.
Nəticədə Mayak qəsəbə tam orta ümumtəhsil məktəbin komandası I, Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II, Əlinəzərli kəndi Kərəm Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutublar.
Qalib komandalar müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıblar.
_____________________________________________________________________________________________________________________________________________________________________________________________________
İmişli rayon təhsil sektorunun təşkilatçılığı ilə müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
İmişli Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən bilik yarışında hər komandada 5 nəfər müəllim olmaqla 11 komanda iştirak edib.
Yarışın nəticəsində Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası I, Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II, Namiq Şirinov adına 5 nömrəli məktəb-liseyin komandası isə III yeri tutublar.
Sonda qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Bilik yarışlarının keçirilməsində məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ümummilli Liderin irsinin yaşadılması və təbliği, eyni zamanda, müəllimlərin maarifləndirici yarışlara marağının artırılması olub.