10.05.2025

Ümumi təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

 

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlər, ölkənin rifahi naminə gördüyü misilsiz işlər barədə şagirdlərə ətraflı məlumatlar verilib. Fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin tərəqqinin yeganə yolunu xalqın maariflənməsində gördüyü şagirdlərin diqqətinə çatdırılıb.

 

Tədbirlərdə Ulu Öndərin keçdiyi zəngin həyat yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Məktəblilər Ümummilli Liderə ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına ehtiram əlaməti olaraq şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,