15.05.2025

Şagirdlərarası intellektual məktəb çempionatının rayon turu keçirilib

İmişli rayonunun ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatının rayon turu keçirilib.

 

Qeyd edək ki, bilik yarışının keçirilməsində əsas məqsəd təhsilalanların intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradılıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik təhsilalanları aşkar etmək və onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.

 

İmişli rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarışda rayon üzrə 14 məktəb komandası iştirak edib. Gərgin mübarizə şəraitində keçən bilik yarışının yekun nəticəsində Otuziki kənd tam orta ümumtəhsil məktəbin "Azadlıq" komandası qalib olaraq İmişli rayonunu çempionatın rayon turunda təmsil etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,  ,