18.05.2025

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib

Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin VI siniflərində təhsil alan 7236 nəfər şagird monitorinqə cəlb olunub. İdarə müdiri Bəhruz Nəbili və struktur bölmə rəhbərləri monitorinq prosesinin gedişatını izləyiblər.

 

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.


Açar sözlər: ,  ,  ,