Məlumat üçün bildiririk ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 19-22 may 2025-ci il tarixlərini əhatə edəcək.
Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı da təmin olunur.
Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri iyunun 17-dən sentyabrın 12-dək məktəb və müəllim seçimi edə bilərlər.