20.05.2025

PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsinin keçirilməsinə start verilib

20-22 may 2025-ci il tarixlərində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin ümumilikdə 287 nəfər şagirdinin bu beynəlxalq qiymətləndirmədə iştirakı nəzərdə tutulub.

 

20 may 2025-ci il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 83 şagird, Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində isə 47 şagird arasında PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi həyata keçirilib.

 

Digər ümumi təhsil müəssisələri üzrə qiymətləndirmə növbəti günlərdə mərhələli şəkildə davam etdiriləcəkdir.

 

Qeyd edək ki, PISA - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən proqramdır.


Açar sözlər: ,  ,