Milli Müdafiə Universitetinin əməkdaşı Bəhruz Xalıyev Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX-XI sinif şagirdləri ilə görüş keçirib.
Bəhruz Xalıyev görüşün məqsədinin Azərbaycan Ordusunda həyata keçirilən yeniliklərlə, Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrin fəaliyyəti ilə şagirdləri tanış etmək və gələcəkdə karyerasını zabit kimi davam etdirmək istəyən gənclərə dəstək olduğunu bildirib.
O, məktəblilərə hərbi təhsil müəssisələrində yaradılmış şərait, təklif olunan xidmət növləri, imtiyazlar, Müdafiə Nazirliyi sisteminə daxil olan xüsusi təyinatlı ali hərbi təhsil müəssisələrindəki ixtisaslar, müraciət qaydaları barədə ətraflı məlumat verib.
Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.