23.05.2025

Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticələrinə dair vətəndaş müraciətlərinə baxılması üçün Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

 

Valideynlər Apellyasiya komissiyasına müraciətləri şəxsi kabinetləri vasitəsilə (www.mektebeqebul.edu.az portalı üzərindən) təqdim edə bilərlər.

 

Apellyasiya komissiyasına edilən müraciətlərə 26 may 2025-ci il tarixində, saat 10:00-dan 13:00-dək Mil-Muğan Regional Təhsil İdarəsinin inzibati binasında (ünvan: Sabirabad şəhəri, 20 Yanvar küçəsi 9) baxılacaq.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivliyin və şəffaflığın tam təmin olunması məqsədilə videoçəkiliş aparılıb.


Açar sözlər: ,  ,