Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərindən ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərlə görüş keçirilib.
Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə abituriyentlərə ətraflı məlumat verilib. Universitetə qəbul olan tələbələr üçün nəzərdə tutulmuş güzəştlər, universitetin kampusunda yaradılmış şərait barədə, həmçinin yerli və beynəlxalq mübadilə proqramları barədə danışılıb.
Sonda, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.