Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında 28 May - Müstəqillik Gününə və "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş basketbol idman növü üzrə turnir keçirilib.
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda qız və oğlanlardan ibarət komandalar üç mərhələ üzrə ayrı-ayrılıqda mübarizə aparıblar.
Oğlanlar arasında Beyləqan rayon komandası, qızlar arasında isə Sabirabad rayon komandası birinci yeri tutaraq turnirin qalibi olublar.
Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.