30.05.2025

İdarənin strukturunda çalışan mühasiblərlə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsində Maliyyə-iqtisadiyyat sektoru və rayonlar üzrə təhsil sektorlarının nəzdində fəaliyyət göstərən mərkəzləşdirilmiş mühasibatlıqda çalışan mühasiblərlə görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, struktur bölmə rəhbərləri və mühasib vəzifələrində çalışan işçilər iştirak edib.

Görüşdə çıxış edən Bəhruz Nəbili idarə tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının düzgün icrası, ümumi xərclərin optimallaşdırılması, eləcə də hər rübün sonunda hesablanmış əməkhaqlar barədə vergi hesabatlarının verilməsi, kommunal xərclərin gecikmədən ödənilməsi və əldə olunan qənaət barədə danışıb. Həmçinin İdarə rəhbərliyinin qarşıya qoyduğu digər məsələlərin və tapşırıqların vaxtında icra edilməsi və qanunvericiliyə uyğun olaraq zəruri işlərin həyata keçirilməsi kimi məsələlər barədə mühasiblərə müvafiq tapşırıqlar verib. 1C proqramı və “Əmək və məşğulluq” altsistemi (ƏMAS) üzrə qarşıya çıxan praktiki problemlər müzakirə olunub.

 

Daha sonra ümumi müzakirələr aparılıb, mühasibləri maraqlandıran suallar idarə rəhbərliyi və aidiyyəti sturuktur bölmə rəhbərləri tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,