30.05.2025

Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin riyaziyyat müəllimləri ilə görüş keçirilib

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov və struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Görüşdə son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən danışılıb. Sonra təhsil həyatları boyunca şagirdlərin riyazi düşünmək bacarıqlarına yiyələnmələri, şagirdlərin riyazi bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərlə işin təşkili, onlarda uzunmüddətli motivasiya və özünəinam hisslərini formalaşdırılması ilə bağlı söhbət aparılıb.

 

Region üzrə ümumtəhsil məktəblərində riyaziyyat fəninin tədrisi ilə bağlı mövcud vəziyyət müzakirə olunub. Ümumtəhsil məktəblərində riyaziyyat fəninin tədrisinin daha da gücləndirilməsi və fənn üzrə nəticələrin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Görüşün davamında müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,