Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Azərbaycanda hər zaman uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyü şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqət deməyə əsas verir ki, bu məsələ dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.