31.05.2025

Sabirabad rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

Tədbirdə ümumi təhsil müəssisələrinin şagirdləri, müxtəlif sahələrdə yerli və beynəlxalq müsabiqələrdə fərqlənən şagirdlər və valideynləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər uşaqları təbrik ediblər və ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Ümummilli lideri Heydər Əliyevin uşaqların müdafiəsi və hüquqlarının qorunması sahəsindəki əvəzolunmaz fəaliyyəti xatırlanıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə uşaqların hüquqların qorumaq üçün mühüm qanunlar qəbul edilməsindən, təhsil və səhiyyə sistemlərinin yenidən qurulmasından, uşaqların sosial müdafiəsinin gücləndirilməsindən danışıblar. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu sahədə - uşaqların hüquqlarının qorunmasından, təhsil, sağlamlıq və sosial rifahının yüksəldilməsindən - bir sıra tədbirlərin həyata keçirilməsindən söhbət açıblar. Uşaqların hüquqlarının qorunması məqsədi ilə qanunvericilikdə dəyişikliklərin edilməsi, uşaq hüquqlarının müdafiəsi üçün xüsusi proqramların və strategiyaların qəbul olunması iştirakçıların diqqətinə çatdırılıb.

 

Tədbirin bədii hissəsində rayonun məktəbəqədər təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin və uşaq yaradıcılıq mərkəzlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədii, musiqili kompozisiyalar təqdim olunub.


Açar sözlər: ,  ,  ,