31.05.2025

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin X sinif şagirdi Kərimzadə Sara Ziya qızı “Zəkaların mübarizəsi” olimpiadasında şahmat üzrə fərdi oyunlarda qalib olaraq I yeri tutub.

 

“Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd təkcə şagirdlərin elmi potensialını yoxlamaq deyil, eyni zamanda, onların liderlik, analitik düşünmə, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirməkdir.

 

Şagirdimizi təbrik edirik və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,