Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayonu üzrə təhsil sektorunun, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə sektorunun, Beyləqan Rayon Polis Şöbəsinin, Beyləqan rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edənlər rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat veriblər, narkomaniyanın insanlara vurduğu zərərlərdən, cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıblar. Qeyd edilib ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, eləcə də sağlam həyat tərzinin qorunmasıdır. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacibliyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.