"İnsan Hüquqları Aylığı" çərçivəsində İmişli şəhəri Namiq Şirinov adına 5 nömrəli məktəb-liseydə "Bizim hüquqlarımız" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə iştirak edən məktəbin VI - VIII sinif şagirdlərinə respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışılıb. Hər bir insanın öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviqi məsələsinin vacibliyi şagirdlərin nəzərinə çatdırılıb.
Sonda şagirdlər sözügedən məsələ ilə bağlı təqdimatla çıxış ediblər.