11.06.2025

“Mən və hüquqlarım” adlı dəyirmi masalar keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması münasibətilə, 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilmişdir.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Mən və hüquqlarım” adlı dəyirmi masalar təşkil olunub.

 

Şagirdlərə insan hüquqları, onların mahiyyəti, hüquqi əsasları və cəmiyyət həyatındakı rolu barədə ətraflı məlumat verilib.


Açar sözlər: ,  ,  ,