Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov ümumtəhsil məktəblərində "Son Zəng" tədbirlərinin təlimata uyğun təşkili və keçirilməsi, təhsil sənədlərinin vaxtında və qaydalara uyğun işlənməsi, paylanması barədə danışıb.
Təhsil müəssisələrində əmək intizamına ciddi riayət olunması, daxili kommunikasiyanın gücləndirilməsi və qarşıda duran digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.