13.06.2025

Şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində olublar

Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin II sinif şagirdləri Beyləqan rayon Tarix -Diyarşünaslıq Muzeyində olublar.

 

Tarix-Diyarşünaslıq Muzeyində olan şagirdlər rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalarla tanış olublar. Bildirilib ki, muzey qədim və qiymətli tarixi eksponatları, diyarın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini, ictimai-siyasi həyatını, flora və faunasını konkret materiallar əsasında ziyarətçilərə çatdırır.

 

Muzeydəki eksponatlarla tanışlıq şagirdlərdə rayonun təbiəti və tarixi haqqında dolğun təəssürat yaradıb.


Açar sözlər: ,  ,  ,  ,