18.06.2025

Şəhid Xalid Nəciyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə yarışa start verilib

Yarışın açılış tədbirndə şəhid Xalid Nəciyevin valideynləri, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülnar Babaşova, ictimaiyyət nümayəndələri və təhsil işçiləri iştirak ediblər.

 

Mini-futbol üzrə yarış Mil-Muğan Regional Təhsili İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışanlar arasında keçirilir. 

 

Yarışın keçirilməsində məqsəd məktəblərdə çalışanların asudə vaxtlarının düzgün və səmərəli təşkili, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq və idmanın kütləviliyinin təbliğ olunmasıdır.

Yarışın final oyunu 3 iyul 2025-ci il tarixdə Xalid Nəciyevin doğum günündə keçiriləcək.

 

Qalib komanda üzvləri və yarış boyu fərqlənən oyunçular diplom, medal və kubokla mükafatlandırılacaqlar.

 


Açar sözlər: ,  ,