19 iyun tarixində sertifikatlaşdırma prosesində coğrafiya fənnini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif müəllimləri iştirak edəcəklər.
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində 134 nəfər müəllimin test imtahanı mərhələsinə cəlb olunması nəzərdə tutulub.
Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!