20.06.2025

Məzunlara attestatlar təqdim olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinfini bitirən məzunlara attestatlar təqdim olunub.

 

Cari tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI siniflərini 4559 nəfər məzun başa vurub. Onlardan 4419 nəfər adi, 140 nəfər fərqlənmə attestatı ilə məzun olublar.

 

Məzunlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,