Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 21 iyun tarixdən 24 iyun 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/8gFMXeAfyErhFJTP8
Qeyd edək ki, ikinci iş yerində çalışmaq istəyən müəllimlər üçün tələblər aşağıdakı kimidir:
- Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışma;
- Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;
- Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;
- Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;