24.06.2025

Sertifikatlaşdırma prosesinin növbəti gününə start verilib

Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikasiya prosesində Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 130 nəfər kimya və biologiya fənn müəllimləri dəvət olunub.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili imtahan mərkəzində olub, prosesi yaxından izləyib, müəllimlərə uğurlar arzulayıblar.

 

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,