05.07.2025

10-cu siniflərə şagird qəbulu prosesinə start verilir

2025-2026-cı tədris ili üzrə İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbin bazasında 10-cu siniflərə şagird qəbulu prosesinə start verilir.

 

Sözügedən məktəbə tam orta təhsil səviyyəsi üzrə 10-cu siniflərə şagird qəbulu iyul ayının 5-də başlayacaq və 5 avqust 2025-ci il tarixinədək davam edəcək.

 

Bunun üçün valideyn (və ya qanuni nümayəndə, şagird) aşağıda verilmiş link vasitəsilə qeydiyyatdan keçərək sorğu göndərə bilər.

 

https://forms.office.com/r/KCiVdZ0C7r

 

Qeyd edək ki, qəbul yalnız 9-cu sinif şagirdləri üçün (10-cu sinfə qəbul) həyata keçirilir.

 

Xatırladaq ki, şagirdlər həmin məktəbdə ixtisas qrupları üzrə formalaşdırılacaq təmayül siniflərində təhsil alacaqlar. Bu, onların maraq və bacarıqlarına uyğun, seçdikləri ixtisas qrupu üzrə təhsil trayektoriyası istiqamətində dərindən hazırlaşmalarına imkan verəcək.


Açar sözlər: ,  ,