12.07.2025

Sabirabad rayonunun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin inkişafı müzakirə olunub.

Mil-Muğan Regional Təhsil İdarəsində Sabirabad rayonunun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin daha da artırılması, şagird nəticələrinin yaxşılaşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi məqsədilə bir qrup rayon müəllimləri arasında görüş keçirilib.

 

Görüş zamanı müəllimlərlə təhsil prosesində qarşıya çıxan çətinliklər, fənlər üzrə tədris metodlarının təkmilləşdirilməsi, şagirdlərin qiymətləndirmə mexanizmlərinin effektivliyi və müəllimlərin qarşılaşdıqları problemlər müzakirə olunub.

 

Tədbirdə çıxış edənlər təhsil sahəsində aparılan islahatların mahiyyətindən danışıblar, məktəblərdə innovativ tədris metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişafı və məktəbdaxili monitorinqlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, şagird nailiyyətlərinin yüksəldilməsi məqsədilə rayon müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi daha da genişləndirilməlidir.

 

Müzakirələr zamanı müəllimlər öz təkliflərini irəli sürüblər, mövcud problemlərlə bağlı fikir bildiriblər. Görüş qarşılıqlı anlaşma və gələcək fəaliyyət üçün konkret addımların müəyyən olunması ilə yekunlaşıb.


Açar sözlər: ,  ,