09.08.2025

Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup müəllimlə görüş keçirilib

Görüşün keçirilməsində məqsəd regionun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması istiqamətində birgə təşəbbüslərin dəstəklənməsi və zəif nəticə göstərən şagirdlərlə işin daha məqsədyönlü təşkil edilməsi olub.

 

Tədbirdə tədrisin keyfiyyətinə təsir göstərən əsas amillər müzakirə olunub, müəllimlərin qarşılaşdığı çətinliklər dinlənilib və onların həlli yolları üzrə təkliflər irəli sürülüb. Zəif nəticə göstərən şagirdlərə fərdi yanaşma metodlarının tətbiqi, əlavə məşğələlərin keçirilməsi, valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi kimi mövzular müzakirə olunub.

 

Görüş zamanı həmçinin müxtəlif məktəblərdə tətbiq edilən uğurlu təcrübələr bölüşülmüş və innovativ təlim metodlarının əhəmiyyəti vurğulanıb. Təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı konkret addımların atılması qərara alınıb. Həmçinin, müsahibə əsasında seçiləcək təcrübəli müəllimlərin Beyləqan, İmişli və Sabirabad rayonlarında yeni təsis olunacaq tam orta məktəblərdə fəaliyyətə cəlb olunacaqları diqqətə çatdırılıb.

 

Görüş müəllimlər və Mil-Muğan RTİ-nin rəhbərliyi arasında açıq dialoq formatında davam edib, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət planları müəyyən olunub.


Açar sözlər: ,  ,  ,