18.08.2025

Liseyə qəbul imtahanı keçirilib

17 avqust 2025-ci il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan şəhəri Elbrus Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin VII sinfinə şagird qəbulu üzrə imtahan təşkil olunub.

 

Ümumilikdə imtahan üçün qeydiyyatdan keçən 65 şagirdin iştirak etdiyi imtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri üzrə hər fəndən 15 sual olmaqla, ümumillikdə 30 test tapşırığı təqdim olunub.

 

Qeyd edək ki, liseyin VII sinfinə qəbul prosesi yekun imtahan nəticələri əsasında aparılacaq.


Açar sözlər: ,  ,