Görüşlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, təhsil sektorlarının əməkdaşları, direktorlar, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qazandıqları yüksək nəticələrə görə məzunları təbrik edib, onların bu uğurlarında pay sahibi olan müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilə verdiyi önəmdən, təhsil sahəsini həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab edərək təhsil siyasətinə hər zaman dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmasından söhbət açıblar. Ulu öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasının bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirməsindən danışıblar.
Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.
Sonda məzunlar RİH başçılarının fəxri fərmanları ilə təltif ediliblər və Mil-Muğan Regional Təhsil İdarəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.