Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının təhsil sektorlarının müdirləri ilə onlayn görüş keçirilib.
Görüşdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, İnzibati təşkilat sektorunun müdiri Feyzulla Aslanov və Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov iştirak ediblər.
Görüşdə Bəhruz Nəbili yeni tədris ilinə hazırlıq prosesi, həyata keçiriləcək layihələr, IV və IX siniflərin nəticələri, ali məktəblərə qəbul göstəriciləri barədə məlumat verib. Ümümi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu, I siniflərə uşaqların qəbulu, X siniflərin təşkili və şagird qəbulu vəziyyəti, sinif komplektlərinin təsdiqi və digər cari məsələlər barəsində danışıb, müvafiq tapşırıqlar verib.
Görüşdə çıxış edənlər təhsil müəssisələrinin cari təmiri və maddi-texniki bazasının gücləndirilməsi, dərslik və tədris vəsaitləri ilə təminatı, təhlükəsizlik, gigiyena tədbirləri və digər məsələlərlə bağlı söhbətlər aparıblar. Təhsil müəssisələrinin fəaliyyət planı görüş iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda görüş iştirakçılarının rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.