09.09.2025

Şagirdlərə dərsliklər paylanılır

Mil-Muğan Regional Təhsil İdarəsinin Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılır.

 

Şagirdlər və onların valideynləri dərslikləri əldə etmək üçün müvafiq dövlət ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək.

 

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.

 

Qeyd edək ki, 2025-2026-cı tədris ilində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 214 adda 306199 nüsxə dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.


Açar sözlər: ,  ,  ,