11.09.2025

Yeni tədris ili üçün hazırlıq işləri görülür

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

 

Müvafiq siniflər üzrə dərslik və tədris vəsaitlərinin vaxtında, düzgün şəkildə şagirdlərə paylanması təmin edilir. Məktəblərdə təmizlik və abadlıq işləri aparılır. Sinif otaqları, məktəb həyətləri və ümumi istifadə sahələri yeni tədris ilinə hazırlanır, avadanlıqların yoxlanması, zəruri təmir-bərpa işləri həyata keçirilir.


Açar sözlər: ,