15.09.2025

“Bilik Günü” qeyd olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Bilik Günü” ilə bağlı tədbirlər keçirilib.

 

Tədbirlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirlərdə çıxış edənlər əlamətdar gün münasibəti ilə müəllimləri və şagirdləri təbrik ediblər, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıblar. Bildiriblər ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Tədbirdə iştirak edənlər ilk dərs prosesini də izləyiblər.

 

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan danışıblar.

 

Qeyd edək ki, yeni tədris ilində Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 70107 nəfər şagird təhsil alacaq.

 

---

 

Sabirabad şəhəri Eynulla Nadirov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində də 15 sentyabr - "Bilik günü" qeyd olunub.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Sabirabad Rayon İcra Hakimiyyətinin başcısı Siraqəddin Cabbarov iştirak ediblər.

Nəriman Qəhrəmanlı tədbir iştirakçılarını salamlayaraq “Bilik Günü”nün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söyləyib. “Bilik günü” münasibəti ilə şagirdləri və pedaqoji kollektivi təbrik edən N. Qəhrəmanlı onlara yeni təhsil ilində uğurlar arzulayıb.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başcısı Siraqəddin Cabbarov yeni dərs ilinin başlanılması ilə əlaqədar pedaqoji kollektivi təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işlərı diqqətə çatdıran S. Cabbarov son illərdə Heydər Əliyev Fondunun dəstəyi əsasında müasir  tələblərə  cavab verən   yeni məktəb  binalarının inşa  və  ya təmir olunaraq  istifadəyə verildiyini, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib.

 

Şagirdlər müəllimlik peşəsinə həsr olunmuş şeirlər səsləndirildikdən sonra sinif otaqlarına daxil olublar. 


Açar sözlər: ,  ,  ,