Mil-Muğan Regional Təhsil İdarəsinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edərək, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışıblar.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, eləcə də 1993-cü ildə xalqın təkidli çağırışları ilə hakimiyyətə geri qayıdaraq Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan söhbət açıblar. Müasir Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunduğunu bu gün həmin Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə tam bərqərar olduğunu bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.