19.09.2025

“Diyardan diyara Üzeyir nəğməsi” adlı musiqi bayramı keçirilib

Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2025-ci tarixli Sərəncamının icrası ilə bağlı “Diyardan diyara Üzeyir nəğməsi” adlı musiqi bayramı keçirilib.

 

Sabirabad Rayon Mədəniyyət Mərkəzində rayonun ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Diyardan diyara Üzeyir nəğməsi” adlı konsert proqramı təşkil edilib. Tədbir Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

 

Tədbirin rəsmi hissəsində çıxış edənlər Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin banisi olduğunu, onun zəngin irsinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, dahi bəstəkarın əsərləri bu gün də yeni nəsillərə musiqi zövqü və vətənpərvərlik ruhu aşılayır, milli musiqimizin dünyada tanıdılmasına xidmət edir.

 

Sonra şagirdlərin ifasında “Arşın mal alan” operettasından parçalar, müxtəlif əsərlər və mahnılar tamaşaçılara təqdim edilib.


Açar sözlər: ,  ,  ,