Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 80 nəfər X sinif şagirdi və 70 nəfər XI sinif şagirdi olmaqla ümumilikdə 150 nəfər şagird "Əlaçı" televiziya layihəsinin seçim turunda iştirak edib.
"Əlaçı" televiziya layihəsinin seçim turuna Mil-Muğan RTİ-nə daxil olan 4 rayon üzrə ümumi təhsil müəssisələrinin şagirdləri öz biliyini sınamaq üçün dəvət olunub.
Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq tipli suallar təqdim olunub.
Qeyd edək ki, müsabiqənin yekununa əsasən, ən yüksək nəticə göstərən şagirdlər "Əlaçı" televiziya layihəsinin 22-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.
Şagirdlərimizə uğurlar arzulayırıq!