27.09.2025

Vətən şəhidləri yad edilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub, şәhid ailәlәri, qazilər və müharibə veteranları ilә görüşlәr keçirilib.

 

Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumatlar verilib.

 

Tədbirlərdə bildirilib ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Şagirdlərə Qarabağda böyük abadlıq və quruculuq işlərinin aparılmasından və işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunmasından danışılıb.

 

Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,