01.10.2025

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 4816 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.

 

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 saat məşğələ keçirilir.

 

Məktəbəhazırlıq qruplarında məşğələlər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır.

 

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.