02.10.2025

“Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

“Erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirilib.

 

Görüşlərdə rayonların polis rəisləri, rayon prokurorları, yerli icra hakimiyyətlərinin əməkdaşları, təhsil sektorlarının müdirləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

 

Maarifləndirici görüşlər narkomaniyaya qarşı mübarizə və erkən nikah ilə bağlı rayonun ümumi təhsil müəssisələrində təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə keçirilib.

 

Görüşlərdə bildirilib ki, erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparır, bu mövzuda tez-tez maarifləndirici tədbirlər keçirilir. Narkomaniya və gənclərin erkən nikaha cəlb olunması ilə hər kəsin mübarizə aparmalı olduğu, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etmələri bildirilib. Qeyd olunub ki, narkomaniyanın qarşısının alınmasında maarifləndirmə, sağlam həyat tərzinin təşviqi və ailələr, məktəb kollektivlərinin birgə fəaliyyəti mühüm rol oynayır. Erkən nikahın gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdırması və buna qarşı maarifləndirmə tədbirlərinin ümumtəhsil məktəblərində də keçirilməsi zəruridir.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların qaldırdığı suallar cavablandırılıb və təkliflər irəli sürülüb.


Açar sözlər: ,  ,