06.10.2025

Bəhruz Nəbili Sabirabad rayonu Böyükağa Ağayev adına Ulacalı kənd tam orta ümumtəhsil məktəbində olub

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Sabirabad rayonu Böyükağa Ağayev adına Ulacalı kənd tam orta ümumtəhsil məktəbində olub.

 

İdarə müdiri məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Məktəbin ümumi şəraiti, dərs otaqları, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb və dərslərin tədrisi prosesini izləyib.

 

Məktəb kollektivi ilə səmimi söhbət edən idarə müdiri məktəbdə təhsilin keyfiyyətinin daha da artırılması ilə bağlı fikir mübadiləsi aparıb, müəllimlərin təklif və rəylərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib.

 

Bildiririk ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmadan baş çəkməsi, müəllim, şagird və valideynlərlə belə görüşlər, müzakirələr maraqla qarşılanır.


Açar sözlər: ,  ,