Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 11 oktyabr tarixinədək elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/VRxKLpcLJ4SM1qQG6
Müsabiqədə iştirak üçün əsas tələblər:
Musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili.
Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.
Müsahibə zamanı komissiya tərəfindən namizədlərin:
Şəxsi keyfiyyətləri,
Psixoloji hazırlığı,
Vəzifəyə dair nəzəri və praktiki bilikləri qiymətləndiriləcəkdir.
Əlavə olaraq, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaqdır.
Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.
Üstünlük veriləcək hallar (eyni vakant yer üzrə bir neçə namizəd uğur qazandıqda):
Şəhid ailəsinin üzvü olmaq;
Həyat yoldaşının və ya özünün Vətən müharibəsi iştirakçısı olması;
Təhsil səviyyəsi;
Pedaqoji staj.