15.10.2025

“Ümumdünya Statistika Günü”nə həsr olunmuş olimpiada keçirilib

Elm və Təhsil Nazirliyi və Dövlət Statistika Komitəsinin (DSK) birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri arasında “Ümumdünya Statistika Günü”nə həsr olunmuş olimpiada keçirilib.

 

Üç mərhələdən ibarət olan olimpiadanın ikinci mərhələsində Beyləqan rayonu Yunis Quliyev adına Bünyadlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Əliyev İbrahim Fərhad oğlu və İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Alışov Əli Elməddin oğlu uğurla iştirak edərək olimpiadanın üçüncü turuna vəsiqə qazanıblar.

 

Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin statistikaya marağının artırılması, statistik savadlılığın yüksəldilməsi və eyni zamanda bu sahə üzrə kadr hazırlığı potensialını gücləndirməkdir.

 

Şagirdlərimizi təbrik eidirik və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,