15.10.2025

“Məktəblilər arasında respublika çempionatı”nın rayon (şəhər) mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə rayon (şəhər) mərhələsi keçirilib.

 

“Məktəblilər arasında respublika çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir. Yarışların keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, sinifdənxaric və məktəbdənkənar işin yaxşılaşdırılması və idmançıların yarış təcrübələrinin artırılmasıdır.

 

Yarışlarda məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, tennis topu atma və 4x50 metrlik estafet qaçışı üzrə mübarizə aparıblar.

 

Çempionatın atletika idman növü üzrə rayon (şəhər) mərhələsinin qalib komandaları yarışın region mərhələsində iştirak edəcəklər.

 

Çempionatın final mərhələsinin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.


Açar sözlər: ,  ,  ,  ,