Hörmətli vətəndaşlar, valideynlər və ümumi təhsil müəssisəsinin əməkdaşları, bildiririk ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Vətəndaş qəbulu” hər həftənin ikinci günü - çərşənbə axşamı keçirilir.
Keçirilmə vaxtı: saat 14:30-dan 16:30-dək.
Keçirilmə yeri:
Məktəbin inzibati binası (direktor otağı və ya ayrılmış qəbul otağı).
Qəbul edən şəxs:
Məktəbin direktoru və ya direktorun müavinləri.
Vətəndaş qəbulunun məqsədi:
Valideynlərin, şagirdlərin və digər vətəndaşların təhsil prosesi ilə bağlı müraciətlərinə şəffaf və operativ cavab verilməsi;
Təhsil müəssisəsinin fəaliyyəti, şagirdlərin təlim-tərbiyə işi, infrastruktur və digər məsələlərlə bağlı təklif və problemlərin dinlənilməsi;
Müəssisə ilə vətəndaşlar arasında birbaşa əlaqənin gücləndirilməsi.
Qeydiyyat qaydası:
Vətəndaşlar “Vətəndaş qəbulu”na öncədən qeydiyyatdan keçərək qəbulda iştirak edə bilərlər.
Qeydiyyat məktəbin katibliyində aparılır.
Təcili hallarda vətəndaşlar qeydiyyatsız da qəbul edilə bilərlər.
Qeyd:
Əgər “Vətəndaş qəbulu” rəsmi tətil gününə təsadüf edərsə, qəbul növbəti iş gününə keçirilir.
Məqsədimiz - vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.