17.10.2025

Ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə iclas keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayonların təhsil sektorlarının rəhbərliklərinin və əməkdaşlarının, ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə şagird intizam qaydalarına və şagird təhlükəsizliyinə riayət olunması, dərs bölgüsünün təşkili, tarifləşmə sənədlərinin hazırlanması və fəaliyyət planında qarşıda duran cari vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili açaraq yeni tədris ilində təhsil müəssisələrində nizam-intizamın, şagird davranış mədəniyyətinin və tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

 

İclasda məktəblərdə dərs bölgüsünün düzgün aparılması, tarifləşmə sənədlərinin mövcud qaydalara uyğun hazırlanması, eləcə də cari ilin fəaliyyət planlarının təhsil sahəsində qəbul olunmuş normativ sənədlərə əsasən tərtib edilməsi məsələləri geniş müzakirə olunub.

 

Həmçinin idarə müdiri şagird intizam qaydalarına əməl olunması, məktəblərdə sağlam psixoloji mühitin formalaşdırılması, tədris intizamının gücləndirilməsi və valideyn-məktəb əməkdaşlığının artırılması istiqamətində konkret tapşırıqlar verib.

 

Tədbir zamanı direktorlar öz təklif və fikirlərini bölüşüb, qarşıdakı dövrdə təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə müvafiq tövsiyələr səsləndirilib.

 

Sonda vurğulanıb ki, görüləcək işlərin məqsədi təhsil müəssisələrində keyfiyyətin artırılması, şagirdlərin hərtərəfli inkişafı və müəllim fəaliyyətinin səmərəli təşkilinə nail olmaqdır.


Açar sözlər: ,  ,  ,